AZ

“Məharət-2024” birgə təlimi başa çatıb

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Poliqon”a verilən məlumata görə, mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər “Məharət-2024” təliminin əsas məqsədinin müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirmək olduğunu bildiriblər.

Ümumilikdə təlimin gedişatı, iştirakçıların müasir kompüter texnologiyalarından istifadə və qərar qəbuletmə bacarıqları müsbət qiymətləndirilib.

Qeyd olunub ki, qarşıya qoyulan bütün tapşırıqların icrasında hər iki ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Daha sonra iştirakçılara sertikifikatlar təqdim edilib, təlimdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Mərasim Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

5407b177fdbc660cac57b7340886ecf8

4b09d97d9bba5966a8b7d06254214777

a3952119780fc2a38082dc745dca69c2

62a256aae7c92b12342db4a7e918758c

65c5a958a99029b6b1acc320ff2b0cd7

26a676bf29273a7d5f42db0cea0114c3

9b88be2ea84d0772f6edcc99ed7f540a

Seçilən
14
26
poliqon.az

10Mənbələr