AZ

Bərdədə FACİƏ – Yolu keçmək istəyən piyadanı avtomobil VURUB

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu saatlı kəndi ərazisində qeydə alınıb.

"KİA" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub.

Hadisə zamanı ağır xəsarət alan kişi Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qəzada həyatını itirən kişinin şəxsiyyəti müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Qarabağ bürosu, Bizim.Media

Seçilən
18
8
bizim.media

10Mənbələr