AZ

Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə oxucularla görüşüb

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar mədəniyyət işçisi, “Azərbaycan” Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə oxucularla görüşüb.

AZƏRTAC xəbər ki, tədbir çərçivəsində şair əsərləri haqqında geniş məlumat verib, şeirlərini səsləndirib. O, yeni yaradıcılıq layihələri və gələcək planlarından bəhs edib. Görüş iştirakçıları müəllifin kitablarına imza almaq imkanı qazanıb və onunla şəxsən söhbət ediblər.

Tədbir iştirakçıları Qəşəm Nəcəfzadənin ədəbiyyata verdiyi töhfələrdən danışaraq onun əsərlərinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıblar.

Sonra tədbir interaktiv müzakirələrlə davam edib. Oxucular Qəşəm Nəcəfzadənin əsərlərində qaldırılan mövzular, cəmiyyətə və insan həyatına dair fikirləri haqqında ətraflı məlumat əldə ediblər. Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırmaqla yanaşı, onların ədəbi maraqları və gözləntiləri ilə bağlı məqamları da paylaşaraq dərin müzakirələr aparıb.

Tədbirin sonunda Qəşəm Nəcəfzadə oxucularına təşəkkür edərək, onların dəstəyi və marağı sayəsində yaradıcılığını daha da inkişaf etdirdiyini bildirib. Görüş şairin gələcək əsərlərini səbrsizliklə gözləyən oxucular üçün unudulmaz bir təcrübə olaraq yadda qalıb.

 

Seçilən
15
azertag.az

1Mənbələr