AZ

Cənubi Koreya Livandan 96 nəfəri təxliyə edir

Cənubi Koreya Livandan olan 96 vətəndaşı daşıyan hərbi təyyarənin paytaxt Seulun cənubundakı hava bazasına eniş etdiyini bildirib.

“Cebheinfo.az”  “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi Livandakı vətəndaşların təxliyə prosesi ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada Cənubi Koreyanın Livan və Yaxın Şərqdəki vəziyyəti yaxından izləməyə davam edəcəyi, bölgədəki cənubi koreyalıların müdafiəsi üçün bütün lazımi tədbirlərin görüləcəyi bildirilib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin oktyabrın 2-nə olan məlumatına görə, Livanda 130, İranda 110, İsraildə isə 480 Cənubi Koreya vətəndaşı var.

Xatırladaq ki, oktyabrın 2-də Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar Cənubi Koreyalıların təxliyəsi üçün dərhal bölgəyə hərbi nəqliyyat təyyarələrinin göndərilməsi barədə göstəriş vermişdi.

Seçilən
10
cebheinfo.az

1Mənbələr