AZ

"Boz Qurd" jesti üçün abidə: Merih Dəmirəlin heykəli qoyuldu

Avro-2024-də Avstriya ilə oyunda “Boz Qurd” jestini nümayiş etdirən Türkiyə millisinin futbolçusu Merih Dəmirəlin Bolu şəhərində abidəsi ucaldılıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Abidənin açılışı Bolu Bələdiyyə Başçısı Tanju Özcan və yerli sakinlərin iştirakı ilə olub. Avro-2024-ün 1/8 finalında Avstriya yığması ilə oyunda Merih Dəmirəl “Boz Qurd” jesti götərib. Onun bu addımı ikili standartlara söykənən bəzi Avropa ölkələri tərəfindən tənqid olunub.

Xüsusən də Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser UEFA-ya müraciət edərək futbolçunun cəzalandırılmasını tələb edib. UEFA da ev sahiblərinin təzyiqinə dözməyərək Merihi 2 oyunluq cəzalandırıb.

Seçilən
39
publika.az

1Mənbələr