AZ

Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2024-cüoktyabrın 6-da Qazaxıstan Respublikasında keçiriləcək referendumumüşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

MSK-dan Trend-əverilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasınınsədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfərçərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı ilə yanaşı, digərrəsmi şəxslər, eləcə də referendumun müşahidəsinə qatılantəşkilatlar və xarici ölkələrin seçki idarəetmə orqanlarınınrəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə bağlı müxtəlifistiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıqimkanları və qarşılıqlı maraq kəsb edən məsələlərlə ətrafındamüzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi SeçkiKomissiyasının təmsilçiləri, həmçinin Türk Dövlətləri Təşkilatı vəMüstəqil Dövlətlər Birliyi müşahidə missiyalarının tərkibində dəsözügedən referendumun izlənilməsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günüQazaxıstan paytaxtında və bölgələrdə yerləşən məntəqələrdə müşahidəaparacaqlar.

Seçilən
13
27
az.trend.az

10Mənbələr