AZ

Azərbaycanın İspaniya ilə ticarəti 73% azaldı

Azərbaycanın bu ilin yanvar-avqust aylarında İspaniya ilə ticarət dövriyyəsi 208,6 milyon ABŞ dolları həcmində olub.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,5 % azdır.

Hesabat dövründə Azərbaycanın İspaniyaya ixracı 114,7 milyon ABŞ dolları həcmində olub. Ölkənin İspaniyadan idxalının həcmi isə 93,9 milyon ABŞ dolları olub.

 

Gözəl Həşimova

Seçilən
11
iqtisadiyyat.az

1Mənbələr