AZ

Azərbaycan Dövlət Rus Dram Teatrı Həştərxanda keçirilən festivalda iştirak edir » AzadMedia.az


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Həştərxanda keçirilən “Teatral Delta” III Beynəlxalq Festival-Forumunda iştirak edir.

Məşhur rus və xarici teatrlar Həştərxan Dram Teatrının səhnəsində ən yaxşı əsərlərindən bir neçəsini təqdim edəcəklər. Festival Həştərxan vilayəti hökumətinin və regional Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunur. Festivalın ümumi konsepsiyası rus dramaturgiyasının unikal dünyasına dalmaq olacaq.

Mətbuat konfransında teatrın direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev iştirak edib.

Oktyabrın 4-də kollektiv Sankt-Peterburqlu rejissor İqor Konyayevin quruluşunda “Kapitan qızı” tamaşasını nümayiş etdirəcək.

Tamaşa “Sankt-Peterburq teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində

Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsi, Xaricdə Rusiya Teatrları İşçilərinin Assosiasiyası və Teatr Festivalı"Baltik Evi" ilə birgə səhnələşdirilib.

Tamaşanın Bakıda premyerası 2023-cü ilin iyununda olub.
Seçilən
4
1
azadmedia.az

2Mənbələr