AZ

Müharibə İranın parçalanmasına, yeni dövlətlərin yaranması səbəb olar - Deputat 

İsraillə İran arasında münaqişə geniş miqyaslı müharibə İranın bütövlüyünə son qoya, yeni dövlətlərin yaranması ilə sonuclana bilər. 

Ölkə.Az xəbər verir ki, bunu deputat  Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bunu İranda da, ABŞ-da da başa düşürlər. "ABŞ İranda rejimin dəyişdirilib ərəb ölkələrində olduğu kimi qərbyönümlü monarxiya qurulmasında maraqlıdır. Çünki İranda demokratiya olarsa ölkə ən azı federallaşacaq və onun ABŞ-dan idarə olunması çətinləşəcək. İran rəsmiləri bunu bildiyi üçün Prezident səviyyəsində məhz ABŞ-da bəyan olundu ki, rejimin dəyişdirilməsi cəhdi İranın ən azı beş yerə parçalanmasına yol aça bilər. Məhz bu səbəbdən ABŞ İranda yaşayan xalqların milli hüquqlarını heç zaman müdafiə etmir, özünü elə aparır ki, sanki belə bir problem yoxdur. İranın dağılmasının qarşısını almaq üçün ABŞ böyük müharibəyə imkan verməməyə çalışacaq", - Həsənquliyev qeyd edib.

Mürtəza
Ölkə.Az

Seçilən
24
olke.az

1Mənbələr