AZ

Poqbanın dopinqlə bağlı cəza müddəti xeyli azaldıldı

İdman Arbitraj Məhkəməsi (CAS) “Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 ay müddətinə qədər azaldılıb.

Mənbənin məlumatına görə, Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vemişdi.

Bir müddət öncə, “Yuventus”un Poqbadan əlini üzdüyü və fransalı futbolçu ilə əmək müqaviləsinə xitam vermək istəyində olduğu barədə məlumat yayılmışdı. Görünür, indi “Qoca sinyora” öz tələskən qərarını yenidən baxışdan keçirməli olacaq.

Poqba özü də bu yaxınlarda verdiyi müsahibəsində idman formasını bərpa edərək, gözləmə mövqeyini tutduğunu açıqlamışdı.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Seçilən
11
arena.az

1Mənbələr