AZ

Rusiyanın daha bir şəhəri ATƏŞ ALTINDA, Putin yeni ORDU TOPLAYIR - 90 milyard ayırdı

Büdcə layihəsinin təhlilinə əsasən, qarşıdakı üç il ərzində Rusiya Müdafiə Nazirliyi müqaviləli xidmət üçün ən azı 225 min yeni əsgər cəlb etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sənəddə hərbi idarə ilə müqavilənin imzalanması üçün birdəfəlik ödənişlərə 90 milyard rubl ayrıldığı bildirilir.

Hazırda Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün birdəfəlik ödəniş 400.000 rubl təşkil edir. Bu məbləğ Vladimir Putinin 31 iyul 2024-cü il tarixli fərmanı ilə artırılıb, o vaxta qədər ödənişlər 195 min rubl təşkil edib.

Ödənişin məbləği dəyişməz qalsa, ayrılan 90 milyard rubl üç il ərzində 225 min yeni müqaviləli əsgəri işə götürməyə imkan verəcək. Əgər əvvəlki 195 min rubl məbləği bərpa olunarsa, onda təxminən 461,5 min nəfəri işə götürmək mümkün olacaq.

Eynu zamanda Rusiyanın Kursk şəhəri də yenidən atəş altındadır. Rus və ukraynalı əsgərlərin orada gərgin müzakirəai gedir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Seçilən
8
6
musavat.com

7Mənbələr