AZ

“Bu qalibiyyətdə payım olduğu üçün çox xoşbəxtəm”

“Nə “Neftçi”də, nə də bizdə vəziyyət yaxşı deyildi. Amma dünən birlikdə çox yaxşı futbol göstərdik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in futbolçusu Orxan Əliyev deyib.

“Neftçi” üzərində qələbədə (4:3) dublla pay sahibi olmuş hücumçu, üzərində daha çox işləyib, hər oyun qol vurmağı arzulayır: “Çox vacib qələbədir. İndiki vaxtda bu, bizə çox lazım idi. Çünki 8 turdur xal üzünə həsrət idik. Ona görə də komandada vəziyyət yaxşı deyildi. Şükür ki, sonunda əzmkar şəkildə qalib gələ bildik. Çox maraqlı, gərgin matç oldu. Qapılara 7 qol vuruldu. Bu qalibiyyətdə payım olduğu üçün çox xoşbəxtəm. Hər bir futbolçu üçün qol vurmaq yaxşı hissdir. Şükürlər olsun ki, özümü yaxşı tərəfdən göstərib dubl müəllifi oldum. Əsas odu ki, komandanın qələbə qazanmasında rol oynadım. İstərdim ki, bunun davamını gətirərək, hər bir oyunda qol vurum. Ona görə üzərimdə çox işləyəcəm. Özümə çox inanıram. İnşallah, gələcək turlarda daha da yaxşı oyun göstərərik”.

GÜNAY SÜLEYMANOVA

Seçilən
12
futbolinfo.az

1Mənbələr