AZ

Almaniyanın keçmiş prezidenti Kiyevə “Taurus” verilməsini təklif edib

"Almaniya Ukraynaya uzaqmənzilli “Taurus” raketləri göndərməlidir". Bu fikri Almaniyanın keçmiş prezidenti (2012–2017) Yoahim Qauk “Funke”yə açıqlamasında bildirib.

“Mən bunu hərbi ekspertlərlə müzakirə etmişəm və “Taurus” qanadlı raketlərinin (Kiyevə – red.) verilməsinin tərəfdarıyam”, - o vurğulayıb.

Bundan əvvəl Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreit bəyan etmişdi ki, xarici işlər nazirinin Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin tədarükünün zərurəti ilə bağlı səsləndirdiyi fikir heç bir halda kanslerin mövqeyinə təsir etməyəcək. Olaf Scholz isə belə bir ehtimalı rədd edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Seçilən
9
news365.az

1Mənbələr