AZ

"Barselona" "Mançester Yunayted"in hücumçusunu ala bilər

Kataloniya "Barselona"sı İngiltərə Premyer Liqasının hücumçusu ilə maraqlanır.

Apasport.az “Todofichajes” portalına istinadla xəbər verir ki, “blauqrana” hücum xəttini “Mançester Yunayted”in forveti Alexandro Qarnaço ilə gücləndirmək istəyir.

20 yaşlı argentinalı futbolçunun qiyməti hazırda 50 milyon avro olaraq qiymətləndirilir.

Qarnaçonun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

İngiltərə Premyer Liqasının bu mövsümündə Qarnaço 6 oyun keçirib. Hücumçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib. La Liqanın 8 turunun nəticələrinə əsasən, “Barselona” turnir cədvəlində liderdir.

Poqba yaşıl meydanlara qayıdır

Ramos İtaliya klubuna keçə bilər

Kavani Argentina klubunda qalacaq

Super Liqada bazar dəyərləri yeniləndi: Osimhen üçün şok

La Liqa nəhənginin Haaland arzusu

Seçilən
7
apasport.az

1Mənbələr