AZ

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında950-dən çox daimi iş yeri yaradılacaq

Cəbrayıl. Trend:

Dövlət başçısının 3 oktyabr tarixində Şərqi Zəngəzur iqtisadirayonuna tarixi səfəri çərçivəsində bir sıra əlamətdar hadisələrinreallaşmasına şahidlik etdik. Səfər çərçivəsində İqtisadi Zonalarınİnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadiZonası” Sənaye Parkında da bir sıra sənaye müəssisələrin təməlqoymamərasimi keçirildi. Belə ki, 3 müəssisənin təməli qoyuldu.

Bu barədə Trend-ə açıqlamasında İqtisadi Zonaların İnkişafıAgentliyinin mətbuat katibi Elçin Kazımov deyib.

O qeyd edib ki, təməli qoyulan müəssisələr tərəfindən SənayeParkının ərazisində tamet daşlarının, dezinfeksiyaedici, mayeyuyucu və ağardıcı məhsulların istehsalı, həmçinin mebelklasterinin yaradılması layihələri həyata keçiriləcək.

"Bu sözügedən müəssisələrin 2025-ci ildə fəaliyyətə başlamasıplanlaşdırılır. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdəqeyri-neft sektoru məhsullarının istehsalının artırılmasına təkanverəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək,iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin işlətəmin edilməsinə mühüm töhfə verəcək, ən əsası isə Qarabağın sənayepotensialının bərpasına köməklik göstərəcək.
3 müəssisə tərəfindən Sənaye Parkına ümumilikdə 60 milyon manatdanartıq investisiyanın yatırılması, 950-dən çox daimi iş yerininyaradılması nəzərdə tutulur. Müəssisələrdə istehsal ediləcəkməhsullar ilk növbədə daxili bazarın təlabatının ödənilməsinəyönəldiləcək, növbəti mərhələdə isə xarici bazara satılmasıplanlaşdırılır.
Qeyd edim ki, 200 hektar ərazini əhatə edən Sənaye Parkı logistikimkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub, bu dasahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. SənayeParkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlartərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanınyatırılması, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkında görülmüşişlərə 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çoxdaimi iş yeri yaradılıb. Sənaye Parkında işəgötürmə prosesindəCəbrayıl və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir.

Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 müəssisəfəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yükmaşınlarına texniki servis xidməti göstərilir.

Sonda onu diqqətə çatdırım ki, ölkəmizdə fəaliyyətə göstərənsənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçünəlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarınınrezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz,işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmiryolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqlarıtarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlirvergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrükrüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənayeparklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusigüzəştli bank kreditləri, sosial sığorta ödənişlərininsubsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxalolunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tamazadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir", - deyə obildirib.

Seçilən
23
8
az.trend.az

10Mənbələr