AZ

NMR-də məktəb direktorundan şikayət edən müəllimə işdən çıxarılıb

Naxçıvanda 1 saylı tam orta məktəbin müəlliməsi Səriyyə Qənbərova işdən çıxarılıb. Naxçıvan MR Təhsil Nazirliyindən bildirilib ki, o, məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin edilmişdi. "2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb, tədris başlandıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərini tədris etməyib. Həmçinin Səriyyə Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla "Təhsilverənlərin etik davranış Qaydaları"nı kobud surətdə pozub".

O, bir müddət əvvəl məktəbdə "yeyintilərin" olduğu haqqında açıqlama vermişdi.

Qənbərova NMR Təhsil Nazirliyinin məlumatını təkzib edir.

"Mən məktəb direktor Asudə Məmmədovanın tapşırığı ilə hər ay onun kartına 90 manat pul köçürmüşəm. Bununla bağlı bütün qəbzləri Baş Prokurorluğuna, Maliyyə Nazirliyinə müraciət etmişəm. Sentyabrın 4-də şikayətimi Naxçıvan Şəhər Prokurorluğuna yönəldiblər. Amma müstəntiq məni çağıraraq təzyiq göstərib ki, ərizəni geri götür", deyə Qənbərova Turan-a bildirib.

O qeyd edib ki, bu məsələni "Azadlıq Radiosu"nda işıqlandırıb.

Bundan sonra, sentyabrın 18-də məktəb direktoru tərəfindən təzyiqə məruz qalıb, bu haqda sosial şəbəkələrdə paylaşım edib.

Oktyabrın 4-də o, işdən çıxarılıb.

Qənbərova hüquqlarının pozulması ilə bağlı dövlət başçısına, baş prokurora müraciət etməsindən sonra özünün cəzalandırılmasına təəccüblənib.

"Mən bu qərarla razılaşmıram və məhkəmədə haqq yolunu tapacaq", deyə Qənbərova qeyd edib.

To view this video please enable JavaScript, and consider upgrading to a

web browser that

supports HTML5 video

Seçilən
12
turan.az

1Mənbələr