AZ

İsrail Səidi də öldürdü: Üç ailə üzvü ilə birlikdə

HƏMAS-ın silahlı qanadı olan “Qəssam Briqadaları”nın lideri Səid Atallah İsrailin həyata keçirdiyi hücum nəticəsində ölüb.

Publika.az xəbər verir ki, Livana qarşı quru əməliyyatına başlayan İsrail ölkənin müxtəlif bölgələrini şiddətli bombardmanları davam etdirir.

Səid Atallah İsrailin Livanın şimalında, Tripolidə fələstinli qaçqın düşərgəsinə hücumu nəticəsində üç ailə üzvü ilə birlikdə ölüb.

İsrail hücumla bağlı açıqlama verməyib. Qeyd edək ki, İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.

Seçilən
15
publika.az

1Mənbələr