AZ

Ehtiyatlı olun: Günortadan sonra maqnit qasırğaları başlayacaq

Bu gün günortadan sonra Yer kürəsində zəif maqnit qasırğaları  başlayacaq. Bazar günü gecə isə qasırğalar güclənəcək. Bundan sonra azalacaq dalğa oktyabrın 8-i çərşənbə axşamı gecəsinə qədər davam edəcək. Bu barədə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün Telegram kanalında məlumat yayıb.

O xatırladıb ki, oktyabrın 2-də və 3-də Günəşdə maksimum- X sinifli iki güclü partlama baş verib. Bunlar X7.1 və X9 kimi dəyərləndirilirlər. Partlamalar 25-ci günəş dövrünün ən güclü partlamaları siyahısında üçüncü və birinci yeri tutublar. Partlamanın "tac"ının yayılması zamanı Yerə "vurmalı" olan uzunmüddətli və güclü maqnit qasırğaları yayılır.

Tural

Seçilən
9
news365.az

1Mənbələr