AZ

Libertadores kubokunun finalının keçiriləcəyi yer bilindi

style='margin-bottom:10px;'>

2024-cü il Libertadores kubokunun finalının keçiriləcəyi yer müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) məlumat yayıb.

Turnirin finalı Buenos-Ayresdəki "Estadio Monumental" stadionunda keçiriləcək.

Sentyabrın 27-də yarışın yarımfinal cütləri müəyyənləşib: “Atletiko Mineyro” – “River Pleyt” və “Botafaqo” – "Penarol". İlk oyunlar oktyabrın 24-də, cavab görüşləri isə 31-də oynanılacaq.

Ötən il Libertadores kubokunun finalı Rio-de-Janeyrodakı "Marakana" stadionunda baş tutmuşdu. Həmin matçda “Fluminense” əlavə vaxtda “Boka Xuniors”a (2:1) qalib gəlib.

Seçilən
7
teleqraf.com

1Mənbələr