AZ

" İranın İsrailə atdığı raketlərdən minimum 25-i hədəfə tuş gəlib" - ABŞ nəşri

 İranın İsrailə atdığı 181 raketdən minimum 25-i hədəfə tuş gəlib.

"AzPolitika"  xəbər verir ki, bu barədə ABŞ-nin "The Washington Post" nəşri məlumat yayıb.

Məlumata görə, raketlər İsrailin "Dəmir Qübbə"sini və müttəfiq ölkələrin hava hücumundan müdafiə sistemlərini yarıb keçərək ən azı 3 aviabaza və hərbi obyekti vurub.Qeyd olunub ki, İsrailin "Nevatim" aviabazası 20 raketlə vurulub. Təl-Əvivdəki hərbi hissənin yaxınlığına isə 3 raket düşüb.
Bundan əlavə, daha 3 raketin də İsrail kəşfiyyatı "Mossad"ın Təl-Əvivdəki mənzil-qərargahının yaxınlığına düşüb."AzPolitika.info"
Seçilən
12
azpolitika.info

1Mənbələr