AZ

Qaxda maşın aşıb, sürücü yaralanıb

Qaxda avtomobil aşıb, sürücü xəsarət alıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonunun Qıpçaq kəndi ərazisində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Qax rayonu İngiloy Kötüklü kənd sakini Berikaşvili Slava Maksimoviçin idarə etdiyi "Nissan" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib,nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seçilən
15
3
avtosfer.az

5Mənbələr