AZ

"İbra futbol dünyasına olduğu kimi lazımdır" - Rud Qullit

"Milan"ın sabiq yarımmüdafiəçisi Rud Qullit Zlatan İbrahimoviçin İtaliya nəhənginin meneceri qismindəki fəaliyyətini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "La Gazzetta Dello Sport" niderlandlı veteranın sözlərini belə çatdırıb:

"İbrahimoviç çox xoşuma gəlir. İbra başqalarına bənzəməyən futbolçu idi. İndi isə başqalarına bənzəməyən insandır. O, ünsiyyətdə standart deyil, amma mövqeyi, şübhəsiz ki, komandanın stress atmasına yardımçı olur. Zlatan heç nəyi təsadüfən etmir, onun mətbuat konfransları isə darıxdırıcı alınmır. İbra futbol dünyasına olduğu kimi lazımdır. İstedadları ilk dəfədən tanıya bilmək bacarığı mütləq vurğulanmalıdır. Bu, çox vacib şərtdir. Həmişə qalib gəlmək istəyən biridir və mentalitetini dəyişdiyini düşünmürəm. Onun "Milan"da yaxşı fəaliyyətlə yadda qalacağını düşünürəm. Buna əminəm".

Nihat

Seçilən
3
fanat.az

1Mənbələr