AZ

İran və Türkiyə arasında yeni sərhəd terminalı istifadəyə veriləcək

Bakı. Trend:

İran və Türkiyə arasında Közərəş beynəlxalq sərhəd terminalınıntikilməsi və istifadəyə verilməsi iki ölkənin iş gündəminəsalınıb.

Trend-in məlumatına görə,bunu İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətininvalisi Məhəmməd Sadiq Motəmedian Qərbi Azərbaycan vilayətininUrmiya şəhərində keçirilən İran və Türkiyənin sərhəd vilayətlərinin7-ci müştərək iqtisadi əməkdaşlıq iclası çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən sərhəd terminalı İran və Türkiyəarasında vətəndaşlar və ticarət üçün 4-cü keçid məntəqəsiolacaq.

Motəmedian əlavə edib ki, bu sərhəd terminalının tikilərəkistifadəyə verilməsi ticarət dövriyyəsi və sərhəd keçidinin artmasıilə nəticələnəcək. İki ölkənin sərhədində infrastrukturlarınyaradılması və büdcənin ayrılması üzrə müzakirələr aparılıb vəsərhəd terminalının tikilməsi ilə bağlı qərar hər iki ölkədəaidiyyəti üzrə təsdiqlənib.

Qərbi Azərbaycan valisi qeyd edib ki, İran və Türkiyənin 7-cimüştərək əməkdaşlıq komissiyasında iki ölkənin sərhəd vilayətləriarasında iqtisadiyyat, ticarət, elm, mədəniyyət, turizm, əl-işlərisənayesi, nəqliyyat və tranzit üzrə 2 saziş imzalanıb.

Qeyd edək ki, 4-5 oktyabrda İranın Urmiya şəhərində İran vəTürkiyənin sərhəd vilayətlərinin 7-ci iqtisadi əməkdaşlıq iclasıkeçirilib.

Əlavə edək ki, İranın Qərbi Azərbaycan vilayətində 6 sərhədterminalı var. Onun 3-ü İran-Türkiyə sərhədində yerləşir.

Seçilən
27
2
az.trend.az

3Mənbələr