AZ

Beyləqanda Müəllimlər Günü ilə bağlı ziyafət - Fotolar

Beyləqanda Müəllimlər Günü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” şadlıq sarayında keçirilən ziyafət tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun məktəb və bağça direktorları, qabaqcıl müəllimləri, müsabiqə qalibləri olan məzunlar, ağsaqqallar,  rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçisi olan şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

RİH başçısı Əziz Əzizov tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu vurğulayıb. RİH başçısı ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahə ilə bağlı uğurlu siyasətin Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə rayon üzrə bir qrup təhsil işçisini Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif edib.

Tədbirdə həmçinin təhsil sektorunun müdiri Elvin Abbasov, Rayon Ağsaqqallar Şurasınım sədri Etibar İmanov, Şəhid kapitan Həmid Həmidlinin anası, ingilis dili müəlliməsi Könül Vəliyevaya, şəhid İlyas Nəsirovun həyat yoldaşı, tarix müəllimi Aytəkin Əliyevaya və məktəbdə hərbi rəhbər, Vətən müharibəsi qazisi Əlisafa Şəfiyev də çıxış edib.

Tədbir rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.











Seçilən
14
qafqazinfo.az

1Mənbələr