AZ

Yaxın Şərq savaşı Telegram kanalına təsir edib

Yaxın

Telegram kanalı bildirir ki, xidmətdə son fasilələr Yaxın Şərqdəki döyüşlərlə bağlıdır.

Reyting.az
-ın məlumatına görə, Telegram messenceri administrasiyasının açıqlamasında deyilir ki, bu xidmətdə son zamanlar yaranmış fasilələr birbaşa olaraq Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar nəticəsində baş verib.

Şirkətin oktyabrın 4-də yaydığı məlumatda deyilir:

"Yaxın Şərqdə, xüsusən də İsraildə, Livan və İranda baş verən son hadisələrlə əlaqədar Telegram görünməmiş gərginlik yaşayır. Hətta son bir neçə gün ərzində də bəzi istifadəçilər müvəqqəti əlaqə problemləri və mediaya daxil olmaqda çətinliklərlə üzləşə bilərlər".

Oktyabrın 5-də isə Telegram messencer administrasiyası daha bir xəbər yayıb. Bildirilir ki, artıq bütün problemlər həll olunub.

Xatırladaq ki, son günlər Telegram kanalı istifadəçiləri messencerdəki problemlərlə bağlı dəfələrlə məlumat verib, sistemdən şikayətçi olduqlarını bəyan edirdilər.

Oqtay QORÇU

Seçilən
11
reyting.az

1Mənbələr