AZ

Zelenski təcrübəsiz idi, onu qiymətləndirə bilmədik

Prezidentliyinin əvvəlində Vladimir Zelenski siyasətdə tamamilə təcrübəsiz idi, ona görə də onu lazımınca qiymətləndirmirdilər.

Axar.az xəbər verir ki, bu sözləri NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Faynənşl Tayms”a müsahibəsində deyib.

O bildirib ki, Zelenski ilə ilk görüşü onun seçilməsindən bir neçə həftə sonra - 2019-cu ilin iyununda baş tutub:

“Onu bəyəndim, amma təcrübəsiz idi, ən sadə sualları verirdi. Onu tam qiymətləndirmədim”.

Stoltenberq qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalı başlayanda Rusiya qüvvələri Ukrayna prezidentini ələ keçirməyə yaxın idilər.

Seçilən
24
1
axar.az

2Mənbələr