AZ

Tayvanda “Kraton” qasırğası nəticəsində 667 nəfər xəsarət alıb, ölənlər var

Tayvanda

Bakı, 5 oktyabr, AZƏRTAC

Tayvanda “Kraton” qasırğası nəticəsində xəsarət alanların sayı 667 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə adanın fövqəladə hallar qərargahı məlumat yayıb.

Daha əvvəl 490-a yaxın yaralı olduğu bildirilirdi. İki nəfər həlak olub, bir nəfər itkin düşmüş hesab olunur.

Təbii fəlakət zamanı hakimiyyət orqanları təhlükəli ərazilərdən 11 mindən çox insanı təxliyə edib. 420 mindən çox ev təsərrüfatında elektrik enerjisinin verilişində, daha 608 min ev təsərrüfatında isə su təchizatında fasilələr yaranıb.

Seçilən
37
azertag.az

1Mənbələr