AZ

Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb


Qazaxıstanın Çimkənd şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.

Azərbaycan Güləş Federasiyasından Newscenter.az-a verilən məlumata görə, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilən ənənəvi yarışda məşqçi Akif Əliyevin rəhbərliyi altında U-20 milli komandamızın bir neçə üzvü iştirak edir.

Bu gün onlardan biri Kamran Rəcəbli (72 kq) fəxri kürsüyə qalxıb. O, bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparır.

Anar TAĞIYEV
Seçilən
36
8
newscenter.az

9Mənbələr