AZ

Super Liqa: “Rizəspor” “Antalyaspor”a qalib gəldi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Rizəspor” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə, Super Liqa
8-ci tur
4 oktyabr

Rizəspor – Antalyaspor 2:1
Qollar: Yureçka, 38. Alikulov, 44 – Qaiç, 87.

5 oktyabr

14:30. Kasımpaşa – Bodrumspor
17:00. Göztəpə – Sivasspor
20:00. Başakşəhər – Kayserispor
20:00. Hatayspor – Trabzonspor

6 oktyabr

14:30. Konyaspor – Eyüpspor
17:00. Adana Dəmirspor – Samsunspor
20:00. Qalatasaray – Alanyaspor
20:00. Qaziantep – Beşiktaş

Seçilən
19
1
arena.az

2Mənbələr