AZ

Rəhman Mustafayev Sergey Lavrovla görüşüb

Azərbaycanın Moskvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Lavrov Rəhman Mustafayevə peşəkar fəaliyyətində uğurlar arzulayıb:

“Oktyabrın 4-də Azərbaycanın Rusiyaya təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən qəbul edilib. Rusiya XİN-in başçısı ölkəmizin strateji tərəfdaşı və müttəfiqi olan dost dövlətin diplomatik missiyasının rəhbərini xoş qarşılayıb və ona fəaliyyətində uğurlar arzulayıb”.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, daha sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Mustafayevlə görüşüb və görüş zamanı səfir ona etimadnaməsinin surətini təqdim edib.

“Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəlikdəki bəzi aktual mövzular müzakirə edilib”, - Rusiya diplomatik departamentindən bildirilib.

Seçilən
15
14
qafqazinfo.az

10Mənbələr