AZ

İtaliya A Seriyasının lideri qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib

İtaliya A Seriyasının lideri "Napoli" qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.

"Far.Az" xəbər verir ki, ölkə çempionatında VII turun açılış matçında doğma meydanda "Komo"nu qəbul edən Neapol təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Ev sahiblərinin heyətində Skott Maktomney (1) Romelu Lukaku (53) və David Neres (86) fərqləniblər. Qonaq komandadan isə Qabriel Espeto (43) adını tabloya yazdırıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 16-ya çatdıran "Napoli" turnir cədvəlində 1-ci sırada qərarlaşıb. "Komo" komandası isə 8 xalla 10-cu sırada qalıb.

Seçilən
13
far.az

1Mənbələr