AZ

"Partiya "Arsenal" üçün əsas oyunçudur"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın yarımmüdafiəçisi Tomas Partey haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano çalışdırıcının dediklərini belə çatdırıb:

"O, "Arsenal"ın əsas oyunçusudur. O, gözəl oyunçudur və biz bunu hər həftə görə bilərik.O, əla vəziyyətdə qayıtdı".

Bu mövsüm 31 yaşlı Partey bütün yarışlarda 8 matçda meydana çıxıb və 1 qol vurub. Altı turdan sonra "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 14 xalla üçüncü pillədə qərarlaşıb. Oktyabrın 5-də “Arsenal” “Sauthempton”u qəbul edəcək. Bakı vaxtı ilə saat 18:00-da başlayır.

Seçilən
9
90deqiqe.az

1Mənbələr