AZ

Məhkəmə qərarını icra etməyən “Dörd Qardaş” MTK məhkəmə proseslərindən yayınır

Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini V. Süleymanov “Dörd Qardaş” MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə ki, vətəndaşın sözügedən MTK-dan aldığı mənzilin təmiri və sağac quraşdırması üçün əlavə ödənişlər tələb edilib.

Belə ki, sentybarın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesə “Dörd Qardaş” MTK-dan heç kim gəlməyib. Buna baxmayaraq, hakim Lalə Rəhimli şikayətçinin iddiasını təmin edərək prosesi keçirib. 

Təəssüf ki, “Dörd Qardaş” MTK tərəfindən bu günə qədər məhkəmə qərarı icra edilməyib. Görünür ki, qarşı tərəfin proseslərdən yayınmaqla işi uzadır və şikayətçi tərəfə mənzilini vermək istəmir.

Xatırladaq ki, V. Süleymanov məhkəməyə müraciətində 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzilin və həmin mənzilin açarlarının ona təhvil verilməsi öhdəliyini cavabdehə həvalə edilməsi, mənzilin sahəsi müqavilədə nəzərdə tutulan 9.19 kv.metrdən az olduğundan həmin çatışmayan hər kv.metrin 640 manatdan hesablanaraq, cəmi 5881.60 ( beş min səkkiz yüz səksən bir tam yüzdə altmış) manat, hazırkı iddia tələbi üçün ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun, 600 (altı yüz) manat kirayə haqqının, vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmibir) manat pulun cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Həmçinin iş materiallarında olan “Dörd Qardaş” MTK tərəfindən verilmiş 31.05.2022-ci il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, Süleymanov Vüqar Tahir oğlu tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi ünvanında yerləşən “Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 2 saylı mənzilin sahəsinin pay dəyəri tam ödənilmişdir, payçının MTK-ya mənzil üzrə borcu yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

Abşeron rayon məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb. Belə ki, qərarda bildilir ki, iddiaçı Süleymanov Vüqar Tahir oğlunun cavabdeh «Dörd Qardaş» MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil «Dörd Qardaş» MTK tərəfindən Süleymanov Vüqar Tahir oğluna təhvil verilsin. 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq Süleymanov Vüqar Tahir oğluna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı «Dörd Qardaş» MTK-nın cavabdehə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Lakin, qarşı tərəf bu günə qədər susur.

 

Hurriyyet.Az 

Seçilən
11
hurriyyet.az

1Mənbələr