AZ

Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəni darmadağın edib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma İspaniyanın Kadis şəhərində İngiltərə kollektivi ilə üz-üzə gəlib. Görüş millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Millinin qələbə qollarını Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.

Qeyd edək ki, A qrupunda yer alan yığmamız oktyabrın 5-də Bakı vaxtı ilə saat 14:45-də Gürcüstan, iki gün sonra isə saat 20:00-da İspaniya ilə üz-üzə gələcək.

Seçilən
10
4
90deqiqe.az

9Mənbələr