AZ

Göyçayda maarifləndirici tədbir keçirilib - FOTO

03.10.2024-cü il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin və Göyçay rayon M.Məmmədov adına Potu kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin akt zalında müəllim heyəti arasında ətraf mühit sahəsində məlumatlılığı artırmaq, onların marağını bu sahəyə yönləndirmək məqsədilə maarifləndirici tədbir təşkil olunub.

Tədbir zamanı “Sıfır tullantı", “COP-29”, “Yaşıl Dünya Naminə Həmrəylik İli”  və "Ilqlim dəyişiklikləri" mövzularında və ətraf mühitin mühafizəsi haqqında, görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar tərəfimizdən cavablandırılıb.

Ekologiya.az


Seçilən
13
ekologiya.az

1Mənbələr