AZ

“Xidmətlərdə fasilə Yaxın Şərqdəki döyüşlər səbəbindən yaranıb” – “Telegram”


“Yaxın Şərqdəki döyüşlər xidmətdə son fasilələrə səbəb olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
 “Yaxın Şərqdə, xüsusən də İsrail, Livan və İranda baş verən son hadisələrlə əlaqədar “Telegram” görünməmiş gərginlik yaşayır. Son bir neçə gün ərzində bəzi istifadəçilər müvəqqəti əlaqə problemləri ilə üzləşmiş və mediaya daxil olmaqda çətinlik çəkmiş ola bilər”, – şirkətdən bildiriblər.
Şirkət əlavə edib ki, bütün problemlər tamamilə həll olunub.
Qeyd edək ki, son günlər “Telegram” istifadəçiləri messencerdə problemlərlə bağlı dəfələrlə məlumat veriblər.
Xatırladaq ki, oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Livanın cənubunda quru əməliyyatına başlayıb və həmin gün axşam saatlarında İran İsrailə 200-ə yaxın raket zərbəsi endirib.
Seçilən
15
yeniavaz.com

1Mənbələr