AZ

Bağırsaq və psixi sağlamlıq üçün  ideal pəhriz açıqlanıb

Bağırsaq Bağırsaq və psixi sağlamlıq üçün

Genetik Tim Spektor Aralıq dənizi pəhrizini bağırsaqlar və psixika üçün ən yaxşısı adlandırıb.

E-saglam.az xəbər verir ki, epidemioloq, genetik və qidalanma mütəxəssisi Tim Spektor əhval-ruhiyyənin və psixi sağlamlığın birbaşa bağırsaqların vəziyyətindən asılı olduğunu deyib və mədə-bağırsaq traktının ideal pəhrizini açıqlayıb. Spector bildirib ki, bağırsaq mikroflorasını immunitetə, əhval-ruhiyyəyə və psixikaya təsir edən ayrıca orqan hesab etmək olar. Məhz bağırsaq mikroorqanizmləri sevinc hormonu serotoninin istehsalına kömək edir. Mütəxəssis xəbərdarlıq edib ki, işlənmiş qidalarla zəngin pəhriz bağırsaq mikroflorasının vəziyyətinə və nəticədə emosional vəziyyətə mənfi təsir göstərir.

Mütəxəssis bildirib ki, pəhrizin dəyişdirilməsi və bağırsaq sağlamlığının yaxşılaşdırılması depressiyanın müalicəsində antidepresanlardan istifadə etməkdən daha təsirli ola bilər. Mütəxəssis Aralıq dənizi pəhrizini, həmçinin probiotiklərlə zəngin pəhrizi mədə-bağırsaq sistemi üçün ən yaxşısı adlandırıb.

Aralıq dənizi pəhrizinə çoxlu tərəvəzlər, meyvələr, paxlalılar, taxıllar - bütün taxıl çörəyi, makaron və qəhvəyi düyü, həmçinin balıq, ağ ət, qoz-fındıq və bəzi süd məhsulları daxildir" deyə qidalanma mütəxəssisi izah etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
22
e-saglam.az

1Mənbələr