AZ

Millimiz İngiltərəni məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, millimiz İspaniyanın Kadiz şəhərində İngiltərə yığması ilə qarşılaşıb. Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.

Qeyd edək ki, A qrupunda yer alan komandamız oktyabrın 5-də Gürcüstan (14:45), 7-də isə İspaniya (20:00) ilə üz-üzə gələcək

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
4
4
bizim.media

7Mənbələr