Serxio Ramos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Yuventus" ispan müdafiəçi ilə maraqlanır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb. 

Turin təmsilçisi Ramosu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Klub onu zədəli Qleison Bremerin əvəzedicisi kimi görür.