AZ

Bu il Nobel Sülh Mükafatı verilməyə bilər

2024-cü il Nobel Sülh Mükafatına Papa Fransisk də daxil olmaqla 286 namizəd irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə Reuters xəbər verir.

Bukmeker kontorlarının favoritlərindən biri fevralda həbsxanada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnı idi.

Navalnı ilə birlikdə siyahıda Ukrayna prezidenti Vladimir Zelenski də var. Reuters qeyd edir ki, Navalnıya mükafat verilə bilməz, çünki Nobel Sülh Mükafatı ölümündən sonra verilmir. Zelenski böyük ehtimalla qalib gəlməyəcək, çünki o, müharibə şəraitində olan ölkəyə rəhbərlik edir.

Bu ilin favoritləri arasında BMT-nin Fələstin Qaçqınlar Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və təşkilatın Baş katibi Antonio Quterreş də var.

Norveç Nobel Komitəsi bu il heç kimə mükafat verməyə bilər. Mükafat tarixində belə hal 19 dəfə baş verib. Sonuncu dəfə 1972-ci ildə olub. Builki Nobel laureatlarının elanı oktyabrın 7-dən 14-dək baş tutur. Sülh Mükafatının qalibi oktyabrın 11-də elan olunacaq.

Ötən il bu mükafatı iranlı hüquq müdafiəçisi Nərgis Məhəmmədi alıb.

Seçilən
7
1
azpost.info

9Mənbələr