"Dostum, tanınmış dilçi, şərqşünas və filoloq, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Idris Abbasov dəfələrlə desəm də, əziz dostum, izn ver müraciət edək, xahiş edək, hər dəfə də mənə and verir ki, yazma. Daha onun çətin şəraitdə yaşamasına dözə bilmədim. Üzrlü say əzizim..."
Bakupost.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev bildirib.
O qeyd edib ki, uzun illərdir kirayələrdə yaşayan, Azərbaycan elmi üçün əhəmiyyətli tədqiqatlar aparan, əsərləri ilə nəinki ölkəmizdə, xaricdə tanınan dəyərli bir alim hazırda 3 ailə üzvü ilə birgə heç bir şəraiti olmayan, gün işığına həsrət, qaranlıq, darısqal bir yataqxana otağında yaşamağa məcbur olub:
İdris Rzayev
"Övladlarının müalicəsi, öz ağrıları, çətin həyat şəraitinə baxmayaraq, yazıb yaradan İdrisin Qızıl tədqiqatlar seriyasından “Silvestr dö Sasinin Ümumi qrammatikanın prinsipləri və Pyer Amede Joberin Türk dili qrammatikasının əsasları: tərcümə, nəzəri və müqayisəli dilçilik müstəvisində tədqiqat və şərh” adlı növbəti irihəcmli monoqrafiyası işıq üzü görüb. Heç bir şəraiti olmayan evlərdə, yaşamaq üçün imkansız olan otaqda dəyərli bir kitablar ar, məqalələr lər yazan İdris Abbasov, professor, elmlər doktoru, neçə-neçə dəyərli gənci elmdə yetişdirən bir insan ağır vəziyyətdə niyə yaşamalıdır axı?
Nə əcəb onun üçün bir sosial ev, sığınacaq tipli yaşamaq üçün otaq vermək o qədər çətindir? Adam havayı ev istəmir, adam demi,r mənə ev verin, deyir, sadəcə, yaşamaq üçün, yaratmaq üçün, yazmaq üçün iki otaqlı sığınacaq verin. Sadəcə birində ailəmi, digərində elmimi yaşadım.
Budur ALİM-ə, ELM-ə qayğı? Onu ittiham edirlər ki, niyə çox tənqid edirsən. Nə etsin? O şəraitdə hələ yaşayıb ayaq üstə dura bilirsə nə etsin??? SUSSUN ÜRƏYİ DAYANSIN? BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? ADAM YAŞAMAQ İSTƏYİR, ADAM YARATMAQ İSTƏYİR sadəcə....
Müasir dövrün Mirzə Kazımbəyi sayılan Idris Abbasov halal və zəhmətlə yaşamağı seçibsə onun günahı budurmu? Ağır şəritdə yaşamaq? Niyə susur Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi? Azərbaycan Elm və Təhsil Nazirliyi, AMEA, DÖVLƏT....
Nə istəyir axı İdris? Sadəcə sığınacaq, yaşamaq və müalicə almaq, yazmaq, yaratmaq üçün otaq.........
Niyə dəyərli və iş görmək gücü olan alimləri belə yaşayır ölkəmizin..."