AZ

Zəfərə gedən yol...

Zəfərə gedən yol Lələtəpə yüksəkliyindən başladı. 4 yanvar 1994-cü il Horadiz əməliyyatı zamanı Azərbaycan Ordusu Murovdağ və Kəlbəcər istiqamətində geniş miqyaslı hərbi əməliyyatlara başladı. Azərbaycan Ordusu Murovdağ, Ömər aşırımı, Meydançay istiqamətində düşmənə ağır zərbə endirib, Kəlbəcər rayonu istiqamətində irəliləmiş, bir sıra yaşayış məntəqələrini azad etmişdilər, lakin mənfur düşmənlər Kəlbəcər rayonunun işğalından sonra bütün yaşayış məntəqələrini dağıdıb xarabalığa çevirmişdir. Azərbaycan hərbi birləşmələri Zəfər yürüşündə yol infrastrukturunun yüksək dağlıq ərazidən keçməsi səbəbi ilə ərzaq və döyüş sursatı ilə tələb olunan səviyyədə təmin edilə bilmədi, qışın sərt gəlməsi, 5-yanvar 1994-cü il tarixində Kəlbəcər rayonuna güclü qarın yağması və ardınca havanın mənfi 4 dərəcəyə düşməsi səbəbi ilə Zəfər yürüşündə olan Azərbaycan əsgəri ağlasığmayan böyük təbii fəlakətlə üzləşdi, bir gecədə 1150 nəfər Azərbaycan əsgəri çovğunlu-şaxtalı havada don vurmadan həlak oldu, baş vermiş təbiət hadisələri Ermənistan ordusunun xeyrinə hesablandı. Azərbaycan Ordusu 1991-1994-cü illər ərzində apardığı hərbi əməliyyatlar zamanı ilk və sonuncu məğlubiyyətini yaşadı, bəhs olunan məğlubiyyət nəticəsində Ermənistan Respublikası nəzarətsiz qalan bir sıra yüksəklikləri ələ keçirdi və Azərbaycan Respublikası üzərində qalib dövlət olduğunu bildirdi.
 
Azərbaycan Respublikası ərazisində ikinci Ermənistan dövləti-Dağlıq Qarabağ Respublikasının yaradılması və onun müstəqiliyinin tanınması tələbini irəli sürdü. Azərbaycan Respublikasının siyasi rəhbərliyi bütün siyasi və hərbi təzyiqlərə rəğmən Ermənistan dövlətinin tələbini rədd etdi və qısa zaman dönəmində işğal olunan bütün rayon və şəhər mərkəzlərinin qeyri-şərtsiz azad olunmasını tələb etdi. Ermənistan dövləti bütün beynəlxalq təşkilatların bəyanatlarını heçə saydı, BMT Təhlükəsizlik Şurası 12 noyabr 1993-cü il tarixindən ardıcıl olaraq 884,822,853,874 saylı qətnamələrmələri qəbul etsə də Ermənistan Respublikası qətnamələrin icrasından imtina etdi, 27 il sonra BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Azərbaycan əsgəri öz üzərinə götürərək 27 sentyabr 2020-ci il tarixində Ermənistan Respublikası Ordu birləşmələri və Dağlıq Qarabağ Respublikası silahlı dəstələri və PKK, PYD,YPG terror təşkilatlarının silahlı dəstələrinə qarşı hərbi əməliyyatlara başladı, hərbi əməliyyat zamanı Azərbaycan Respublikasının işğal olunan rayonları kəndləri azad olundu, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması, Ermənistan Respublikası ordu birləşmələrinin Azərbaycan Respublikasının ərazilərinin qeyri-şərtsiz tərk etmələri haqda kapitulyasiya aktını imzaladı.
 
Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycan Respublikasına verildi. Ermənistan Respublikası və onun havadarları vaxtaşırı olaraq manipulyasiyalar edir, kapitulyasiya aktına tam əməl etmədilər. 14 sentyabr 2022-ci il tarixində Kəlbəcər rayonu və Ermənistan Respublikasının İstisu rayonunun həmsərhəd ərazisində döyüş növbətçiliyi aparan Azərbaycan əsgərinə atəş açmış, atəş nəticəsində Azərbaycan əsgəri şəhid olmuşdur.Yeni hərbi əməliyyatlar baş verdi, iki günlük hərbi əməliyyat zamanı adsız yüksəkliklər və Ermənistan ordusunun döyüş mövqeləri Azərbaycan ordusunun nəzarətinə keçdi. Azərbaycan Respublikasının suverenliyi tam təmin olunmadığı üçün Xankəndi, Xocavənd, Xocalı, Ağdərə rayonları "Dağlıq Qarabağ Respublikası"nın silahlı birləşmələri və PKK, PYD, YPG terror təşkilatlarının silahlı dəstələri tərəfindən nəzarətdə saxlanırdı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 19 sentyabr 2023-cü il tarixində lokal antiterror əməliyyatı həyata keçirildi, 23 saat davam edən antiterror əməliyyatı bəhs olunan silahlı dəstələrin məğlub edilməsi ilə başa çatdı. 20 sentyabr Azərbaycan Respubilkasının ərazi bütövlüyünün bərpası günü kimi əbədi olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
 
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi– Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
 
Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra Araz çayı boyunca İran İslam Respublikası ilə olan dövlət sərhəd xətti məlum oldu ki, işğalçılar tərəfindən sökülərək məhv edilib, sərhəd xəttinin yenidən müəyyənləşdirilməsinə zərurət var, delmitasiya və demarkasiya işləri aparmaq, sərhəd zaztavaları, sərhəd keçid məntəqələri qurmaq lazımdır. Ermənistan hərbi birləşmələri Cəbrayıl rayonunu söküb tamamilə məhv edib, tarixi mədəniyyət abidələri ilə yanaşı qəbirsanlıqları ağır tırtırlı texnikalarla kürüyərək izlərini itirib, qəbirüstü məzar daşlarını Ermənistanın müxtəlif rayon və şəhər mərkəzlərinə aparıblar.
 
Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra cənab Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
 
Cəbrayıl rayonu və onun ətraf kəndlərində insan həyatı üçün təhlükə saçan tələ minalar quraşdırılıb, minaların təmizlənməsi mümkünsüzdür, uzun müddət vaxt və maliyyə tələb edir, 4 il ərzində orada mina təmizləmə işləri aparılır. İşğaldan azad olunan ərazilərdə Cəbrayıl, Füzuli, Ağdam, Tərtər rayonunun Suqovuşan, Talışkənd kəndlərinin ərazisi mina və partlamamış döyüş sursatlarıdan təmizləmək mümkünsüz hala gəlib.
 
Cəbrayıl rayonunda rayon mərkəzinin yenidən qurulması xüsusi nəzərdə tutulub. Cəbrayıl rayonu ərazisinə işıq xəttinin çəkilməsi, avtomagistral yollar və dəmir yol xətlərinin ilk tikilməsi, yaşayış massivlərinin layihələndirilməsi aparıldı. Bu gün biz fəxrlə deyə bilərik ki, Cəbrayıl rayonunda yeni həyat var. İşıq xətti, mavi qaz xətti, dəmiryol xətti, geniş zolaqlı avto magistral yollar tikilib uzun müddət doğma yurdlarından didərgin düşən cəbrayıllıların istifadəsinə verilib.
 
26 Sentyabr 2024-cü il tarixində Bakı şəhəri Qaradağ rayonu ərazisində yaşayan 36 ailə Cəbrayıl rayonuna yola salınıb.
 
Bu günləri bizə bu xoş günü yaşatmaq üçün körpələrini gözü yumulu atasız, yarlarını ağ saçlı yarsız, analarını gözü yaşlı oğulsuz, atalarını boynu bükük oğulsuz qoyub şəhidlik yolun seçən qəhrəman oğul və qızlarmıza, qazilərimizə borcluyuq.
 
Bu xoş günləri bizə yaşadan Azərbaycan əsgəridir. Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm!
 
4 Oktyabr Cəbrayıl şəhər günün mübarək, Azərbaycan!
 
Ramil Alıyev,
Bərdə rayon Nazırlı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi
 
Seçilən
9
moderator.az

1Mənbələr