AZ

Batan gəmidə 78 sərnişin həlak oldu

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali-Kivu əyalətində yerləşən Kivu gölündə 278 sərnişini olan qayığın çevrilməsi nəticəsində 78 nəfər həyatını itirib.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sərnişin və tutumundan artıq yük daşıyan qayıqla bağlı axtarış-xilasetmə işlərinin davam etdirildiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Ölkədə kifayət qədər asfalt yol olmadığından nəqliyyat üçün ümumiyyətlə çay və göllərdən istifadə olunur.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür qəzalar həm qayıqların baxımsızlığı, həm də öz imkanlarından artıq yük və sərnişinlərin daşınması nəticəsində baş verir.

 

Seçilən
10
1
manset.az

2Mənbələr