Bakı. Trend:
Bakı 15 oktyabr tarixində "СОР29 Human Capital Forum”-a evsahibliyi edəcək.
Bu barədə Trend “UN GlobalCompact”-a istinadən xəbər verir.
"Forumu COP29 rəhbərliyi ilə birgə təşkil edirik və bu, insankapitalının davamlı inkişafı və iqlim dəyişikliyinə qarşıdayanıqlılığa diqqət yetirmək məqsədini güdür", - məlumatda qeydedilib.
Forumun spikerləri arasında BMT-nin İqlim dəyişmələri üzrəyüksək səviyyəli çempionu Nigar Arpadarai, ABB bankının icraçıdirektoru Aynur Süleymanlı, HR ekspert və karyera kouçu LeylaNovruz, KPMG Türkiye-nin insan resursları və dəyişikliklər üzrəmeneceri Umut Kılınç yer alır.
Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl keçiriləntədbirlər çərçivəsində təşkil olunur.