AZ

“Bitcoin” yeni ilə qədər 100 min dolları keçə bilər? - ANALİTİKDƏN PROQNOZ

Kriptovalyuta mütəxəssisinin fikrincə, 2024-cü ilin sonuna qədər “Bitcoin” qiymətinin 75 min ilə 80 min dollar arasında bir səviyyəyə çatması mümkün görünür. Bununla belə, altı rəqəmə çatması üçün bir çox amillər bazarlarda müsbət istiqamətdə hərəkət etməlidir.

Valyuta.az-ın verdiyi xəbərə görə, “Swyftx”in baş analitiki Pav Hundal bildirib ki, bu prosesdə 100 min dollara çatmaq mümkün görünmür:

“Bu ssenarinin baş verməsi üçün hər şey yaxşı getməlidir. Bununla belə, Hundal hesab edir ki, “Bitcoin” dekabr ayına qədər 80 000 dollara çata bilər, bazar strukturunda dəyişikliklər isə Milad ayına qədər qiyməti 75 000 dollardan yuxarı saxlaya bilər.

“Opsion treyderləri üçün gözləntilər yüksəkdir”

Analitik əlavə edib ki, opsion treyderləri “Bitcoin”in qiymətinin yaxın üç ayda 75 faiz arta biləcəyini gözləyir. Böyük birjalardakı treyderlər yeni ildən əvvəl 90 000 ilə 110 000 arasında olan opsion müqavilələri üzrə mövqe tutublar. Hazırda “Bitcoin” opsionlarına açıq maraq 19,38 milyard dollar təşkil edir.

Bazarın hazırkı vəziyyəti ilə bağlı optimist olan Hundal qlobal likvidliyin genişlənməsi ilə kriptovalyutaların yüksələcəyini gözləyir.

"Mövcud vəziyyət yüksəliş üçün əlverişlidir"

Digər tərəfdən, ABŞ seçkilərində kripto pullarla bağlı vəziyyətin daha müsbət olduğuna diqqət çəkən Hundal, hər iki prezidentliyə namizədin sektora açıq yanaşma nümayiş etdirdiyini bildirib. Sentyabrın 23-də ABŞ-ın vitse-prezidenti Kamala Harris kriptovalyutalar haqqında verdiyi ilk açıqlamada süni intellektin və rəqəmsal aktivlərin dəstəklənməsinin vacibliyini vurğuladı. Bu texnologiyalara sərmayə yatıracağına söz verdi.

Əvəz Həsənov

Seçilən
8
valyuta.az

1Mənbələr