AZ

Gecələr insan bədənində bu dəyişiklik olur – Araşdırma

Gecələr insanın boyu 1-2 sm qısalır.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ alimləri araşdırma aparıblar.

 

Araşdırma zamanı iştirakçıların boyları həm gündüz, həm də gecə ölçülüb. Nəticədə məlum olub ki, insan boyu səhər və gecə saatlarında fərqli ölçüdə olur.

 

Bildirilib ki, gecələr onurğa beynində və fəqərəarası disklərdə olan mayenin yoxa çıxması boyu qısaldır. Bu mayenin yoxa çıxması stress və yorğunluqla əlaqədardır. Ölçü, əsasən, 1-2 sm aralığında dəyişir.

 

Sağlam qidalanma və mütəmadi idmanla məşğul olmaq qısalmanın qarşısını almaqda böyük rol oynayır.

 

Ülkər Abdurahmanlı

Seçilən
7
1
sfera.az

2Mənbələr