AZ

Taliban xarici işlər naziri Əfqanıstanda İŞİD-in mövcudluğundan danışıb

Əfqanıstanda İŞİD-in qalası yoxdur .

Oxu24.com xəbər verir  ki, bu barədə ölkədəki hakim Taliban hərəkatının  Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Mutaki Əfqanıstan məsələləri üzrə Moskva formatında məsləhətləşmələr zamanı görüş zamanı bildirib. 

“Biz bilirik ki, Əfqanıstanda terror aktları törədən qüvvələr bizə kənardan gəlib. İŞİD-ə gəlincə, ölkədə qruplaşmanın qalası yoxdur”.

Mutaki əlavə edib ki, Əfqanıstan bu gün “açıq-aydın təhlükəsiz ölkədir”. O, Kabilin enerji və iqtisadiyyatın digər sahələrinə “böyük sərmayələr” yatırdığını qeyd edib.

Mutaki həmçinin bildirib ki, Kabil gələcəkdə Moskva ilə diplomatik münasibətlərin səviyyəsini yaxşılaşdırmağa ümid edir. O qeyd edib ki, hazırda Rusiya ilə Əfqanıstan arasında münasibətlər yaxşı səviyyədədir.

Bundan əvvəl Rusiya Federasiyası Qərb ölkələrini Əfqanıstana qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Nigar

 

Seçilən
26
1
oxu24.com

2Mənbələr