AZ

Millətlər Liqası: Türkiyə yığmasının heyəti – SİYAHI

Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro və İslandiya seçmələri ilə keçirəcəyi matçlar üçün heyəti müəyyənləşib.9⁹

Msport.az xəbər verir ki, italiyalı baş məşqçi Vinçentso Montella 27 futbolçuya dəvət göndərib.

Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengəzər, Uğurcan Çakır

Müdafiəçilər: Abdulkərim Bardakçı, Emirhan Topçu, Eren Elmalı, Fərdi Kadıoğlu, Mərt Müldür, Merih Dəmiral, Zəki Çəlik, Samet Akaydın

Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Arda Gülər, Kənan Yıldız, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Semih Kılıçsoy, Yunus Akgün

Hücumçular: Ahmet Kutucu, Bertuğ Yıldırım, Barış Alpər Yılmaz

Qeyd edək ki, oktyabrın 11-də doğma meydanda Monteneqronu qəbul edəcək Türkiyə millisi 3 gün sonra səfərdə İslandiyanın qonağı olacaq.

Seçilən
10
11
msport.az

10Mənbələr