AZ

İbrahimoviç ad günündə özünə milyonluq hədiyyə etdi - FOTO

Oktyabrın 3-də 43 yaşı tamam olan Zlatan İbrahimoviç ad günündə özü özünə dəbdəbəli hədiyyə edib. 

Fanat.Az xəbər verir ki, isveçli veteran bahalı avtomobil alması barədə şəxsi "Instagram" səhifəsində məlumat paylaşıb.



Zlatan yeni "Ferrari SF90 Stradale"sinin fotosunu dərc edib. Bu avtomobil superkarlar sinfinə aiddir. O, 220 at gücünə malik üç elektrik mühərriki ilə təchiz edilib. Bu model 100 kilometrə 2,5 saniyəyə sürətlənə bilir. "Ferrari SF90 Stradale"nin qiyməti 600 min dollardan başlayır, bir milyona çata bilər.

Xatırladaq ki, Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ilin yayında başa vurub. O, karyerası ərzində 32 kubok qazanıb və hazırda İtaliya "Milan" klubunun sahibinin məsləhətçisidir.

Mirağa

Seçilən
6
fanat.az

1Mənbələr