AZ

Ermənistan ABŞ Müdafiə Nazirliyi ilə birgə təlimlər keçib

Ermənistanda ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Agentliyi ilə birgə sentyabrın 19-24-də səhra təlimləri keçirilib. Bu barədə Respublika Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat verib.
 
Kütləvi Qırğın Silahlarına (KQS) qarşı mübarizə çərçivəsində Təhlükəsizlik Şurasının aparatının koordinasiya etdiyi təlimlər ER dövlət idarəetmə sisteminin səlahiyyətli orqanlarının iştirakı ilə keçirilib.  
 
Təlimlər  kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin yayılmasına reaksiya imkanlarının və mexanizmlərinin araşdırılmasına yönəlib. 
 
Təlimdə kimyəvi, bioloji, radioloji və nüvə ərazilərinə cavab tədbirlərinə cavabdeh olan 10 dövlət qurumu iştirak edib. Kimyəvi, bioloji, radioloji və nüvə risk faktorlarının yaratdığı fövqəladə halların qarşısının alınması, habelə bu vəziyyətlərə cavab vermək imkanlarının qiymətləndirilməsi məqsədilə 6 müxtəlif ssenari oynanılıb. Eyni zamanda, bəzi ssenarilər real şəraitdə, digərləri isə simulyasiya xarakteri daşıyıb. 
 
Aytac 
www.anews.az
Seçilən
12
anews.az

1Mənbələr